Fransalı turistin velosipedini Bakıda oğurladılar – FOTO

OXUNUB: 726 HADİSƏ

Fransadan velosipedlə səyahətə başlayan və Azərbaycana çatana qədər 10 ay ərzində Almaniya, Balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran və Gürcüstandan keçərək 7000 km yol gələn turistlərdən birinin velosipedi Bakıda oğurlanıb.

İCMAL.AZ xəbər verir ki, Araz Zeyniyev adlı facebook istifadəçisinin yazdığına görə, iki dostu ilə birlikdə dünya turuna çıxmış Valentin adlı turistin məqsədi Azərbaycandan sonra Qazaxıstana keçib oradan da Çin, Avstraliya, Amerika və Afrikaya qədər pedallayaraq dünyanı tam dövr etmək imiş.

Velosiped Araz Zeyniyevin evinin balkonundan zənciri kəsilərək oğurlanıb. 

 

İCMAL.AZ

RƏYLƏR