"Fresco"dan ət almayın - KÜÇƏNİN ORTASINDA QƏSSAB BUNU ETDİ-ŞOK VİDEO

OXUNUB: 1812 Özəl HADİSƏ
Bakıda mağazalardan birinin qarşısında xoşagəlməz mənzərə kameraya tuş gəlib. 

Baku.ws-in məlumatına görə, avtomobilin baqajında mağazaya ət gətirən şəxsi oxuculardan biri çəkərək redaksiyasına göndərib.

Videonu göndərən oxucu ətin "Fresco" market üçün gətirildiyini iddia edir. 

Kadrlardan da göründüyü kimi qəssab küçənin ortasında əti hissələrə bölərək marketin arabasına doldurur.

Heç bir sanitar qaydalara uyğun olmayan ət kəsimi kadrları "Fresco" supermarketinin qarşısında qeydə alınıb.

Biz də öz növbəmizdə məsələyə aydınlıq gətirmək məqsədilə supermarketlə əlaqə saxladıq. Supermarketdən məsələni dəqiqləşdirərək ətraflı məlumat verəcəklərini bildirdilər.

İcmal.Az

Həmin görüntüləri təqdim edirik:
 

 

RƏYLƏR