Fuad Rəsul Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin rəhbəri təyin olundu

OXUNUB: 219 GÜNDƏM SOSİAL
AQDİM-in mətbuat xidmətindən verilən məlumata görə, Fuad Rəsul  yeni təsis olunan "Azərbaycan Qan Donorluğunun  İnkişafı  Mərkəzi”nin idarə heyətinin sədri təyin olunub.
"Azərbaycan Qan Donorluğunun  İnkişafı  Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla yaxından əməkdaşlıq etmək, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

RƏYLƏR