"FULL Energy" içkiləri cinsi azlıqları niyə maliyyələşdirir? – ŞOK İDDİANIN İZİ İLƏ

OXUNUB: 1203 index-manşet Özəl İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, son illər bütün dünya enerji içkilərinin insan bədəninə vurduğu ziyanlarla bağlı ciddi təhlillər aparmış, ortaya ciddi faktlar qoymuşlar. Məhz bu səbəbdən ölkəmizdə də enerji içkilərinin qadağası ilə bağlı mütəmadi olaraq çağırışlar edilmiş, qərarlar qəbul olunmuşdu. Ancaq bu dəfə biz daha ciddi təhlükə barədə məlumat verəcəyik. "FULL Energy" içkiləri təkcə insan bədəninə deyil, zehninə də ciddi şəkildə təsir etməkdədir. "FULL Energy"nin reklamlarına nəzər salsaq görürərik ki, erotik, açıq-saçıq səhnələr daha qabarıq şəkildə nümayiş edilir. Bu azmış kimi "FULL Energy" həm də cinsi azlıqlarla bağlı olan bloggerləri və onların kanallarını maliyyələşdirir, sponsor qismində çıxış edir. Bu faktın özü dövlətə, eyni zamanda, xalqın milli-mədəni dəyərlərinə zərbə və xəyanətdir. Təqdim edəcəyimiz görüntü ilə bağlı bəzi hüquq-mühavizə orqanlarına, həmçinin, ekspertlərə müraciət edəcək, rəsmi rəyi də oxucularımıza təqdim edəcəyik.

 

 

 


Məlumat üçün qeyd edək ki, "FULL Energy" ilə bağlı zaman-zaman bu kimi yazılar dərc edilib. Ancaq şirkət rəsmiləri bunu qulaqardına vurur, sanki genofondu zədələmək tapşırığını icra edirlərmiş kimi gəncləri məhv edirlər. Bu günlərdə afn-də "FULL Energy"nin sonuncu reklam çarxı sosial şəbəkələrdə ciddi tənqidə səbəb olduğunu yazmışdı. Məlumatda deyilir:

İstehsalçı şirkət məhsulunu bazarda təsdiqləmək üçün çıxarmadığı hoqqa qalmayıb desək, yanılmarıq. Açıq-saçıq qızların foto və videolarını çəkərək, diqqət cəlb etmək istəyirlər. Bəlkə də fərqində deyillər, əxlaqsızlığı təbliğ edirlər.

Öz qazanclarını artırmaq üçün çirkin piarla məşğul olurlar. Minlərlə manat xərcləyərək, tanınmış simalardan istifadə eləməklə, daha çox kütləni ələ almaq istəyirlər.

Təəssüflə qeyd edək ki, "FULL Energy" istehsalçısı tanınmış müğənni Miri Yusifi də öz çirkin piarına qoşmağı bacarıb. Reklam siması kimi təqdim olunan müğənninin də çəkildiyi reklam çarxı isə yuxarıda qeyd etdiyimiz kimi, əxlaqsızlığın təbliği kimi qiymətləndirilir.

Adıçəkilən müğənni videoçarxın birində soyunaraq özünü hovuzda iki qızın ortasına atır, "FULL Energy” içkisini tərifləməyə başlayır. Görüntüdən belə təəssürat yaranır ki, bu içkini içən adam ehtiraslanır və ona qadın lazım olur. Yəni bu qədər açıq-saçıq təbliğat aparılır.

Müğənninin tumanda, lüt bədənlə iki qızın ortasında enerji içkisini bəh-bəhlə tərifləməsi səhnəsi bizim mentalitet üçün nə dərəcədə doğrudur, onu anlaya bilmirik. Qızların məmədanda olması isə başqa bir rəzillikdir. Şüarlar isə "Full iç, "full” yaşa!”dır. Sanki avara həyatın təbliğatı aparılır. Reklama baxanda enerji içkisindən çox orada çəkilən qızların intim yerləri adamı cəlb edir.

Enerji içkisinin sosial şəbəkələrdəki reklamı isə lap biabırçıdır. Belə ki, "FULL” enerji içkisinin səhifə adminləri reklam paylaşımında bir qızın arxasını çəkib, cibinə də "FULL” içkisini qoyublar. Kommentlərdə bu cür reklamları pisləyənlərə də rast gəldik. Qeyd edək ki, 1 saat ərzində tənqidlərdən sonra silinib.

Hər şey bir tərəfə, "FULL” şirkəti təşkil etdiyi partidə də çılpaq qızlardan istifadə edib. Hovuzda çimən qızlar, bir növ gələn qonaqları əyləndirib, rəqs ediblər.
Miri Yusifin çəkildiyi epizodlarda isə maraqlı məqam da var. Belə ki, müğənni boks zalında məşq edən bir neçə gəncin yanında "FULL” içkisinin reklam edib. Məşq edən idmançının enerji içkisi içməsi nə dərəcə doğrudur, təəccüblüdür.

Lakin tanınmış idmançıların fikirlərinə əsaslansaq, bu cür içkilərin istər məşqdən əvvəl, istərsə də sonra içməsi dügün hesab edilmir. Reklam haqqında qanuna görə isə bu cür təbliğat yanlışdır. Avropanın bir çox şəhərlərində enerji içkilərinin satışı qadağan olunub. Bu cür içkilərin çox qəbulu insan orqanizmi üçün fəsadlar yarada, bir çox hallarda ölümə səbəb ola bilər.

Reklamlardakı yanlışlıqlar, pis vərdişlərin təbliği belə bir şüarı ortaya çıxarır: "FULL” içməyək, sağlam yaşayaq”.

Mövzunu diqqətdə saxlayacağıq .

7NEWS.az

 


 

 

RƏYLƏR