Futbol üzrə rayon turnirinə start verildi-BİLƏSUVARDA

OXUNUB: 937 İDMAN
13 İyun 2017-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Stadionunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı və gənclər arasında futbol üzrə rayon turnirinin açılış mərasimi keçirildi.

Açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etdilər.
Turniri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, ulu öndərin bizə yadigar qoyub getdiyi müstəqil Azərbaycan bu gün bütün dünyada qüdrətli və daim inkişaf edən ölkə kimi tanınır. Azərbaycan bu gün bütün dünyada həm də idman ölkəsi kimi tanınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğı və diqqət göstərməsi idman nailiyyətlərimizin artmasında, yeni idman qurğularının istifadəyə verilməsində mühüm rol oynayır. 
İdarə rəisi, Milli Qurtuluş günü və belə gözəl stadionun yenidən istifadəyə verilməsi münasibətilə rayonumuzun bütün sakinlərini, bütün idman sevərlərini ürəkdən təbrik etdi. Stadionun belə gözəl və yaraşıqlı vəziyyətə gətirilməsində xidməti olan bütün insanlara rayon gəncləri və idmançıları adından dərin minnətdarlığını bildirdi.
Daha sonra Aqşin Bağırov futbol turnirini açıq elan etdi və yarışda iştirak edən komandalara uğurlar arzuladı. Ardınca yarışa start verildi. İlk görüşdə Xırmandalı kəndinin komandası Bağbanlar kəndinin komandasını 3-0 hesabı ilə məğlub etdi.
 
İcmal.Az

RƏYLƏR