Futbolçu ildırımvurmadan öldü

OXUNUB: 862 İDMAN

Cənubi Afrikada  "Marisburq Yunayted” klubunun şərəfini qoruyan futbolçu Luanda Nsxanqase ildırımvurma nəticəsində ölüb.

İcmal.Az xəbər verir ki, bu barədə "Sovetski sport” məlumat yayıb.

21 yaşlı hücumçu martın 1-də yoldaşlıq matçı zamanı yaralanmışdı. Futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onu koma vəziyyətindən çıxara bilməyib.

Nsxanqasenin hadisədən iki ay sonra vəfat etdiyi bildirilir.

İcmal.Az

RƏYLƏR