Futbolçunu ölümcül hala saldılar - Foto

OXUNUB: 996 İDMAN

"Zenit”in futbolçusu Denis Terentyev Sankt-Peterburq şəhərində yaşadığı binanın yaxınlığında döyülüb.

Bu barədə 25 yaşlı müdafiəçi özü şəxsi "İnstagram” səhifəsində məlumat yayıb.

Rusiyalı futbolçu maşını idarə edərkən önündə olan sürücü ilə bir-birilərinə yol verməməsi üstündə mübahisə edib. Həmin sürücünün idarə etdiyi maşında iki nəfər olub və onlar Denisin maşınına hücum çəkərək futbolçunu ölümcül şəkildə döyüblər.

Denis yaşadığı anı belə bölüşüb:

"Bir maşın mənim maşınımın yanında saxladı və "Şüşəni aşağı endir” dedi. Daha sonra mənə nələrsə dedi və üzərimə hücum çəkdi. Ən son xatırladığım odur ki, hansısa maşından düşürdüm. Başqa heç bir şey yadımda qalmayıb”.

Qeyd edək ki, Terentyevin mövsümün sonuna qədər yaşıl meydanlardan uzaqda qalacağı bildirilir./qafqazinfo

İcmal.Az

 

RƏYLƏR