Füzuli Məmmədovun mətbuat katibi Azərbaycandan imtina etdi: “Artıq azərbaycanlı deyiləm…” – FOTOFAKT

OXUNUB: 1906 index-manşet HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə redaksiyamızın elektron poçt ünvanına daxil olan fotofaktda hər şey aydın qeyd olunub. Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənovun yazışmasından da hiss olunur ki, ölkəmizə qarşı ciddi qəzəbi və kini var. Yazışmanın tərcüməsini təqdim edirik:

-Mənimçün əsas vətəndaşlıqdır (Anar Həsənov)

-O!!! Bilirdim bunu

-Mən rusiyalıyam, yalnız bundan sonra türkəm, MƏN ARTIQ AZƏRBAYCANLI deyiləm. Sadəcə etnik olaraq türkəm, milliyətim rusdur. (Anar Həsənov)

-Aydındır.

-Mənim bayrağım Rusiya bayrağıdır (Anar Həsənov)

Yazışmaya əlavə şərh yazmağa ehtiyac yoxdur. Bu yanaşma əslində Rusiya Azərbaycanlıları İttifaqının iç üzünü tam çılpaqlığı ilə ortaya qoymuş olur. Əgər bir qurumun siması Azərbaycandan, azərbaycanlı olmaqdan imtina edirsə o zaman diasporumuzu, Rusiyada yaşayan həmyerlilərimizi gələcəkdə hansı aqibətlə üz-üzə qalacaqlarını yəqin eləmək o qədər də çətin deyil. Rusiya Azərbaycanlıları İttifaqının sədri, iş adamı Füzuli Məmmədovun bundan xəbərsiz olmasına inanmaq yumşaq desək sadəlövhlükdür.

Məlumat üçün qeyd edək ki, bundan öncə də mətbuatda Füzuli Məmmədovun Ramil Səfərovun atasına qarşı etdiyi haqsızlıqla bağlı geniş yazı dərc edilmişdi. Bu yazıdan sonra iş adamına olan münasibət, etimad ciddi şəkildə sarsılmışdır.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az

RƏYLƏR