Fövqəladə hal nədir?

OXUNUB: 253 SOSİAL TƏHLİL
Koronavirusla bağlı dünya ölkələrinin bir çoxunda fövqəladə vəziyyət elan edilib.
7News.Az  xəbər verir ki, Fövqəladə vəziyyət dövründə konkret şəraitdən asılı olaraq aşağıdakı tədbirlər müəyyən edilə bilər.
1. Fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimi, habelə bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılması.
2. İctimai qaydanın və əhalinin, xalq təsərrüfatının həyat fəaliyyətini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi.
3. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər, habelə digər kütləvi tədbirlər keçirilməsinin qadağan edilməsi.
4. Tətillərin qadağan edilməsi.
5. Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanması.
6. Qadağan saatı qoyulması—xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan günün müəyyən vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsi.
7. Qabaqcadan senzura qoymaq yolu ilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması; səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınması.
8. Vəziyyətin normallaşdırılmasına ciddi mane olan siyasi partiyaların, ictimai təşkilatların və kütləvi hərəkatların fəaliyyətinin müvafiq xəbərdarlıqdan sonra dayandırılması.
9. Vətəndaşların toplaşdığı yerlərdə sənədlərin yoxlanması, müstəsna hallarda isə vətəndaşlarda silah olması barədə məlumat olduqda şəxsi yoxlama aparılması, əşyaların və nəqliyyat vasitələrinin yoxlanması.
10. Silah, zəhərli və ya partlayıcı maddələr, döyüş sursatı, spirtli içkilər gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılması və ya qadağan edilməsi; müstəsna hallarda vətəndaşlardan odlu və soyuq silahın, döyüş sursatının, zəhərli və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınması.
11. Fövqəladə vəziyyət rayonunun sakini olmayan və ictimai qaydanı pozan şəxslərin fövqəladə vəziyyət elan olunan ərazinin hüdudlarından çıxarılması.
12. Yaşayış üçün təhlükəli olan rayonlardan stasionar və ya müvəqqəti mənzillər verməklə vətəndaşların müvəqqəti köçürülməsi.
13. Ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi qaydanın tətbiq edilməsi.
14. Karantin qoyulması və digər sanitariya tədbirləri, epidemiya və epizootiya əleyhinə tədbirlər görülməsi.
15. Dövlət və başqa müəssisələrin, idarələrin və təşkilatların ehtiyatlarının səfərbərliyə alınması, onların iş rejiminin dəyişdirilməsi, fəaliyyətlərinin fövqəladə vəziyyət şəraitində zəruri olan məhsullar istehsalına yönəldilməsi, istehsal fəaliyyətində qəza-xilasetmə və bərpa işləri üçün zəruri olan digər dəyişikliklər edilməsi.
16. Dövlət idarələrinin, müəssisələrinin və təşkilatlarının rəhbərləri öz vəzifələrini lazımınca icra etmədikdə onların fövqəladə vəziyyət dövründə işdən kənar edilməsi və vəzifələrinin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması.
17. Müstəsna hallarda təxirə salınmaz qəza-xilasetmə işləri aparmaq üçün əmək təhlükəsizliyini hökmən təmin etmək şərtilə əmək qabiliyyətli əhalinin və vətəndaşların nəqliyyat vasitələrinin səfərbərliyə alınması.
18. Rabitədən istifadə üçün xüsusi qaydalar qoyulması.
7News.Az

RƏYLƏR