Gah qəhrəman dedik, gah da ki, kafir... BABƏK KİMDİR ? - Anar Rəhimov yazır

OXUNUB: 1189 Özəl AZƏRBAYCAN SİYASƏT
Azərbaycan türkləriyik.Ola bilsin,türkləriyik deyə tariximizə şanlı sözünü də əlavə edirik.Niyə də etməyək?Ancaq öncə Xətaini unudaq və onadək olanlara nəzər yetirək.Eramızdan öncəki zaman kəsiyinə baxsaq,İranzu,Aran,Atropat adları ortaya çıxır.Manna,Albaniya və Atropatena hökmdarları.Güneylə quzeyə bölünməyə eradan əvvəl adət etmişik.Bizim eraya gəldikdə tarix sevərlərin ağlına Sanatürk gəlir.Axı,niyə qardaş Türkiyədə bizə azəri deyirlər.Adında türk sözü olan ilk lider ki,bizdə olub.Hətta Atatürkdən 17 əsr əvvəl.Bəlkə öz alimlərimizi də çaşdıran Albaniyanın Vaçe,Vaçaqan adlı liderlərinin olmasıdır?Axı,Albaniya 26 dildə danışan millətlərdən ibarət idi.
 
 
 
Türklüyümüzə tərəddüdün üstündən xətt çəkməkçün Cavanşirin adın unutmamalıyıq.Şanlı tariximizin parlaq səhifələrindən birinin ismin yaddan çıxartmaq günah olar.Bu torpaqlarda şah İsmayıl günəşinin parlamasınadək unudulmaz sərkərdələr olub.Atabəy Eldəniz,Uzun Həsən,şərqdə ilk diplomat qadın Sara xatun.Tarixən qadın idarəçimiz olmasaydı,bəlkə də indi insanlar Mehriban Əliyevanın vitse prezidentliyin sevincək qarşılamazdı.Teymur Ləngin ordusuna yeganə qalib gələn Qara Yusifi də unutmaq bizə yaraşmaz.O ki Qaraqoyunlu hökmdarı idi.Səlahəddin Əyyubinin Azərbaycan türkü olduğu haqda tutarlı mənbələr var.Buna sevinirik,lakin ali elmi təsdiqi,yaxud belə deyək-araşdırması aparılmır.
 
 
 
Qayıdaq şanlı tariximizin alnıaçıq vətənpərvərlərinə.Babək.O Babək ki,ümumilikdə 2 yüz mindən çox ərəb qoşununu məhv edib.O Babək ki,çoxları ona kafir,dost arvadına tamah salan şorgöz deyir.Bəs,nə oldu şanlı tariximiz deyib,özümüz qanlı xronologiyamıza ləkəmi yaxırıq?Belə çıxır ki,hə.O Ərdəbildə doğulub.Müsəlman ailəsində.Hərçənd əsl adı da Həsən olub,niyə qaralayaq ki?Məncə onun valideynləri ona İmam Həsənin adın qoymamışdı ki,kafir deyələr.Kafir? Ərəb müsəlmanlarını qırdığına görəmi? Görəsən,sizin sevdiyiniz qızı İran,yaxud Ərəbistan ordusu kəniz etsə,onlara səcdəmi edərdiniz,yoxsa vuruşardınız?
 
 
 
Hətta o dövlətlərin yaşadığı dini qanunların qaynağı olan Qurani Kərimdə qisas haqda neçə ayə var.Xürrəmilər hərəkatıymış.Günəş deməkdirsə,atəşpərəstdirlər.Hər sabah gün doğur deyə buludlar atəşpərəstdirmi?Gülünc versiyalardır.Yoxsa sovet dövründə çəkilmiş filmdə uca Şirvi və s bütlərı sitayişə görəmi kafirdi?Unutmayaq ki,ittifaq ateizmə söykənirdi və dövlətləri vassal etmişdi.Onlara hansısa xalqın azadlıq carçısı haqda həqiqətləri yaymaq sərf eləmirdi.Dərd orasıdır ki,Babəkə kafir deyənlərin 70%i şiələrdi.Ay müsəlmanlar,Babək İmam Əli,Həsən,Hüseyn qatillərinin nəslindən olan hakimləri qırırdı.Sevinin,söyməyin.
 
 
 
Şanlı tariximizə şorgöz deyirlər.Öz də Cavidanın yoldaşını aldığına görə.Sanki toy gecəsi yengəlik edən məlumat sızdırıb.O dərəcədə inanırlar.Bizim diyarlarda belə adət var,qardaş və ya yaxın insan öləndə zövcəsi dul qalıb,zina böhtanlarına tuş gəlməsin deyə,evimizdə saxlayırıq.Olmazmı ki,xeyirə yozaq?Pisə calamaq bizi o dövrə gətirib ki,tarixi torpaqlarımızla həmsərhədik.Adın da qoymuşuq Şimalda Rusiya,Gürcüstan,qərbdə Ermənistan,cənubda İranla həmsərhədik.Şanlı tariximizi və azadlıqçün canın fəda edənlərə qara yaxmasaq,onları ansaq,bəlkə o illərə dönərik ümidi ilə...

ANAR RƏHİMOV

RƏYLƏR