"Ganjlik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu

OXUNUB: 815 HADİSƏ
Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.

 Hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır./report
 
 
 
İcmal.Az

RƏYLƏR