Gecə Füzuli rayonunda şəhid olan 2 yaşlı ZƏHRANIN ÖLÜMÜNDƏN SONRA FOTOSU - ERMƏNİ VƏHŞİLİYİ

OXUNUB: 3472 Özəl DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
İCMAL.az xəbər verir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
Artıq minlərlə gəncimiz, QHT və media nümayəndələri informasiya savaşında erməni vandalizmini ilə bağlı dünyayaismarıclar göndərirlər. 2 yaşlı şəhidimizin ölümündən sonrakı fotosunu təqdim etmək ağırdı. Ancaq dünya bu vəhşiliyi faktlarla görməlidir. 


RƏYLƏR