"Gecə idi, görmədim" - "06" inəyi vurub öldürdü - VİDEO

OXUNUB: 342 HADİSƏ

Gecə saatlarında Şəkidə Qırxbulaq kəndi ərazisində avtomobil inəyi vurub.

İcmal.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Şəkinin Baş Zəyzid kənd sakini Xaləddin Lətifov idarə etdiyi 55-BM-192 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına inək çıxıb.

Xaləddin Lətifov - Baş Zəyzid kənd sakini: "Ani anda inək qabağıma çıxdı. Gecə vaxtı idi heç görmədim. 2 metrdən qabağıma qaçdı".

Qəza nəticəsində iribuynuzlu heyvan tələf olub, avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü qəzadan xəsarətsiz ötüşüb.

İcmal.Az

 
 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR