Gecələr ofisiant işləyən, toyuq-cücə saxlayan məşhurlar - FOTOLAR

OXUNUB: 1595 MARAQLI DÜNYA

Dünya ulduzlarının həsəd apardığımız həyatı bildiyiniz qədər də maraqlı deyil. Məsələn, onlar bizim kimi istədikləri filmə istədikləri insanlarla rahat gedə bilmirlər və ya pul qabları evdə qalanda evə qədər piyada getmirlər. Lakin sərhədsiz imkanlara sahib dünya ulduzları içərisində sadəliyə önəm verənlər də var. Hansı ki, xoşbəxtliyin var-dövlətdə deyil, sadəlik və səmimiyyətdə olduğuna inanırlar.

Publika.az sizə sərhədsiz imkanlara sahib dünya ulduzlarından sadə və səmimi həyata önəm verən 10 məşhurun siyahısını təqdim edir:

1. Madmazel Koko həyatı dünyanı bütün qadınlar üçün əhəmiyyətli dərəcədə yüngülləşdirdi. O bunu son dərəcə sadə, məşhur "kiçik qara donu" yaratmaqla etdi.

2. Feysbuk sosial şəbəkəsinin banisi Mark Zukerberq aylıq gəlirlərinin milyonlarla dollar olmasına baxmayaraq, sadə həyat yaşayır. Onun qarderobunda bahalı smokinqlərin yerinə sadə boz futbolkalar üstünlük təşkil edir.

3. IKEA yaradıcısı dünyanın ən təvazökar milyarderlərindən hesab olunan İnqvard Kampart daim sadəliyi təbliğ edir. Sadə geyimləri və təxminən 15 il "Volvo" markalı avtomobilin ən köhnə modelini sürməsi buna nümunədir. Milyarder şəxsi nüfuzunu cəmiyyətdə göstəriş xətrinə istifadə etmir.

4. Londonun keçmiş meri, Böyük Britaniyanın Xarici İşlər Naziri Boris Conson da sadə həyat yaşamağa üstünlük verir. Həmkarlarından fərqli olaraq o, gündəlik həyatında kortejlərdən deyil, ən sadə bir velosipeddən istifadə edir.

5. Hollivud gözəli Cenifer Qarner heç vaxt öz nəhəng maliyyə imkanlarını göstərməyə çalışmır. Əksinə, o, hər zaman sıravi vətəndaşların istifadə etdiyi mağazalara baş çəkir, alış-veriş edir, uşaqlarla birlikdə zaman keçirir.

6. Öz fantastik gəlirlərinə baxmayaraq, Stiv Cobs öz sadə geyim tərzi və yaşayışı ilə hər kəsə örnək olur. Onun illərdir dəyişməyən üslubu dünya trendinə çevrilib: cins şalvar, qara sviter və ağ krassovkalar.

7. Amerikanın məşhur top-modeli Tayra Benks də sadəlik tərəfdarıdır. O, həm də həftə sonları amerikanın bir sıra "fast food" restoranlarında çalışmağı sevir.

8. Amerikanın ən məşhur yüksək gəlirə malik aktyorlarından biri olan Rassel Krou Amerikada dəbdəbəli həyatdan, bahalı ev və avtomobillərdən imtina edərək, ailəsi ilə birlikdə Avstraliyaya köçüb.

9. Dünya şöhrətli aktyor Hayden Kristencen ömrünün 35 illiyində zirvəni fəth edir. Ulduz aktyor həmkarlarından fərqli olaraq "ulduz" xəstəliyinə tutulmur və ailəsi ilə birlikdə Kanadaya köçür. Hazırda Hayden Kristencen ferma sahibidir.

10. Arnold Şvartsneqqer dünya şöhrətli aktyordur, sadəliyi ilə seçilir. Jurnalistlərə hər zaman səmimi etiraflar edən Arnold oğlu ilə birlikdə gündəlik həyatdan paylaşdığı səmimi fotolarla insanların rəğbətini qazanır.

11. Mehribanlığı, təvazökarlığı ilə pərəstişkarlarının könlünü fəth edən Kianu Rivz. Sosial şəbəkələrdə dəfələrlə onun metroda, avtobusda sərnişinlərlə getdiyi, eyni zamanda onlara yer verdiyi görüntülərü yayılıb. Bir sıra xeyriyyəçilik işlərində yaxından iştirak edən Kianunun şəxsi həyatı isə çox acınacaqlı olub.

İcmal.Az

RƏYLƏR