Gədəbəy sakini atasını döyərək ağır xəsarət yetirib

OXUNUB: 508 HADİSƏ

Gədəbəy rayon sakini oğlu tərəfindən döyülüb.

Rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. A.Məmmədhəsənov oğlu tərəfindən döyüldüyünü deyib. Onun oğlu Yaşar Məmmədhəsənov polis tərəfindən saxlanılıb. Sərxoş olan gənc atasını döyməyi xatırlamadığını deyib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR