“Gələcəyin nəbzi idmanda döyünür” layihəsinin yekun tədbiri keçirilib

OXUNUB: 852 QHT

02 dekabr 2017-ci iln tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun élan etdiyi X qrant müsabiqəsinin qalibi olmuş "Gələcəyin nəbzi idmanda döyünür” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə İlk Avropa Oyunlarının və İslam Həmrəylik Oyunlarının qızıl medalçısı, şöhrət ordeni sahibi Ayxan Mamayev iştirak edib. O, iştirakçılara keçdiyi fəaliyyət yolundan, qazandığı uğurlarından məlumat verib, onların suallarını cavablandırıb. İdmançı gəncləri sağlam həyat tərzi sürməyə , idmanla məşğul olmağa dəvət edib. Sonda tələbələr sertifikatlarla təltif olunub və kollektiv şəkil çəkdirilib.

RƏYLƏR