Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi - VİDEO

OXUNUB: 1078 HADİSƏ

Bütün Qafqazda olduğu kimi, Dağıstanda da gəlin maşınının yolunu kəsərək, uşaqların "şirinlik” istəməsi adətdir. Kimin cibindən nə çıxırsa, həmin uşaqlara "xərac” verəndən sonra təmtəraqla bəzədilmiş maşınlar yoluna davam edir.

ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya "pulsuz” çatmaq istəyib.

Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən maşını onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib.

Videonun sonunda uşağın ayağa qalxmaq istədiyini görmək olar. Onun vəziyyəti barədə məlumat verilmir./Virtualaz.org

İcmal.Az

RƏYLƏR