Gəlin və baldız azyaşlı uşaqları ilə birlikdə itkin düşüb – FOTO

OXUNUB: 839 HADİSƏ

Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər.

İcmal.Az-ın Report-a istinadən məlumatına görə, rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19:00 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. 

Həmin gün saat 17:00 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.

Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.

 

İcmal.Az

RƏYLƏR