“Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası çap olunub

OXUNUB: 698 SOSİAL
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri "Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası "Proceedings of Young Scientists” çap olunub. 2008-ci ildən çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə gözləmədən və geniş elmi auditoriyaya çatdırılmasını təmin etmək məqsədi daşıyır və çap olunan məcmuə sayca jurnalın 15-ci nömrəsidir. Jurnalın 15-ci sayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Elmin müxtəlif sahələrini əhatə edən məqalələrin yer aldığı jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmin bütün istiqamətlərində tövsiyə edilən elmi əsərlər sırasına daxildir. Jurnalda məqalələr ingilis dilində, xülasə və açar sözlər isə Azərbaycan, rus və ingilis dillərində çap olunur.
Jurnal həm də 2014- cü ilin noyabr ayından dövri nəşrlər üçün nəzərdə tutulmuş Beynəlxalq Standart Nömrə (İnternational Standart Serial Number) alaraq beynəlxalq qeydiyyata alınıb. Gələcək hədəfdə jurnalın digər beynəlxalq elmi indekslər: CiteFactor, Copernicus, DOAJ, SCOPUS, Web of Science – Thomson Reuters və s. tərəfindən indekslənərək növbəti beynəlxalq statuslar qazanmasına nail olmaqdan ibarətdir.
Beynəlxalq redaksiya heyətindən ibarət jurnalın baş redaktoru Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovdur.
 
İcmal.Az

RƏYLƏR