“Gənc Əkinçi” Akademiyası yenidən başladı

OXUNUB: 1064 QHT
"İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı  ilə "Gənc Əkinçi” Akademiyasının 3-cü mərhələsinə start verib.

Quba rayonunda həyata keçirilən layihənin açılış mərasimində "Gənc Əkinçi” Akademiyasının təqdimatı baş tutub. 

Daha sonra jurnalistlərin peşəkarlaşması istiqamətində jurnalistikaya dair fərqli mövzularda təlimlər həyata keçirilib. 

Peşəkar ekspertlər tərəfindən keçilən təlimlər layihəyə qatılan gənc jurnalistlərə gələcək fəaliyyətlərində böyük tövhə və təkan verəcək.

Layihənin məqsədi virtual məkanda ölkə maraqlarının qorunması prosesinə gənc jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin, kütləvi informasiya agentliklərinin cəlb edilməsi, onlar arasında əlaqələrin möhkəmlənməsi, internet üzərində mövcud informasiya bazasının genişləndirilməsinə nail olmaqdır.

"İrəli” İctimai Birliyi artıq 3-cü dəfədir ki, "Gənc Əkinçi” Akademiyasını həyata keçirir. Təşkilatın əsas məqsədi jurnalistlər peşəkarlıqlarına peşəkarlıq qatıb nəinki azərbaycanda, ölkə hüdudlarından kənarda da öz sözünü deyən KİV nümayəndələrinə çevrilmələri və sağlam rəqabət aparma bacarığına sahib olmalarıdır. 

"İrəli” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib. 

Uzun müddətdir "İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən "Gənc Əkinçi” Akademiyası yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman öndə olub. 2015-ci ildə İsmayıllı rayonunda baş tutan layihənin davamı olaraq 2017-ci ildə Quba rayonunda layihə yenidən baş tutub. Akademiyanın əsas hədəflərindən biri Milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir. 2015-ci ilin iyulun 22-də Milli Mətbuat günündə , 4000 tirajda "Gənc Əkinçi” qəzetinin ilk nömrəsi çapdan çıxıb. 



RƏYLƏR