"Gənc Liderlər üçün Yay Universiteti" başa çatıb

OXUNUB: 607 QHT
 
9-13 avqust tarixlərini əhatə edən və 70 gəncin iştirak etdiyi "Gənc Liderlər üçün Yay Universiteti" başa çatıb. 

"Davam"ın ilk "Yay Universiteti"nin yekunu ilə əlaqədar olaraq "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı layihə iştirakçıları ilə görüşüb, onlara fəal iştiraklarına görə təşəkkür edib, fikir və təkliflərini dinləyib. Sonda isə bütün iştirakçılara sertifikat və xüsusi hədiyyələr təqdim edilib. 

"Gənc Liderlər üçün Yay Universiteti" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir. 

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı "Gənc Liderlər üçün Yay Universiteti"nin tərəfdaşları olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universiteti, Badamlı Təbii Mineral Süfrə Suyu, "Motivator Azerbaijan", "İl'Azero" Azərbaycan idman brendinə təşəkkür edir.
 
 



 

RƏYLƏR