Gənc yazar Fərid Abdullayev: “"Мысли и Чернила" adlı kitabım ədəbiyyatda yenilikdir”

OXUNUB: 2393 MƏDƏNİYYƏT

7NEWS.az saytı "GƏNC ƏDİB” rubrikası çərçivəsində gənc yazar Fərid Abdullayevlə müsahibəni təqdim edir

 

· Zəhmət olmasa özünüzü oxucularımıza təqqdim edin

 

· Mən Fərid Elxan oğlu Abdullayev 1994-cü il Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2000-ci ildə Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəbə birinci sinifə daxil olmuşam. Sozün açığı, üç məktəb dayişmişəm və hər bir məktəblə bağlı özumə məxsus xoş xatirələrim vardır. Ən çox yadda qalan və hər zaman təbəssümlə xatırladığım məktəb Qərb Universiteti nəznində Western Junior məktəbidir. 2011-ci ildə Loginov adına 8 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinə, Ümumi İqdisadiyyat fakultəsinə daxil olmuşdum. 2013-cü ildə sənədlərimi Almaniyanın Bad Honnef şəhərindəki İUBH- School of Busness and Management universitetinin otelçilik və marketing fakultəsinə daxil olub, və 2016-ci ildə oranı müvəffəqiyyətlə bitirib, vətənə dönmüşəm. Hal hazırda Abşeron Hotel Group şirkətinin Satış və Marketing departamentində çalışıram.

 

· Yaradıcılığa neçə yaşından başladınız?

 

· Erkən yaşlarımdan ədəbiyata və incəsənətə böyuk maraq göstədirdim. Hətta uşaq ikən böyuklər məndən soruşanda: "Böyuyəndə kim olmaq istərdin?" cavabında - "Böyüyəndə Puşkin olacağam" söyləyirdım. İlk şeirimi beş yaşımda, 1-ci sinifə gedərkən yazmışdım. Ədəbiyyat dərsində, müəlimlərin ev tapşırdığı, sərbəst mövzuda, mən yalnız öz şeirlərimi və kiçik hekayələrimi nəql edirdim. O vaxtdan indiyədək yazdığım çox şeirləri və hekayələrimi, təəssüf ki qoruyub, saxlamamışam.

 

· Kitabınızı fərqli edən nədir?

 

· Hesab edirəm ki, kitabım "Мысли и Чернила" ədəbiyyatda yeni üslubdan istifadə edərək ərsəyə gətirərək hər bir şeirimə öz duyğularımdan ibarət hekayə təqdim etmişəm. İlk kitabımın nəşri olduğuna görə bu kitabda, mənim Almaniyadakı tələbəçilik illərimin hissiyatını və duyğularını şeir və hekayələrimdətəsvir etmişəm.

 

· Azərbaycanda rusdilli oxucular bu kitabı bəyənəcəklərmi?

 

· Zənnimcə, Azərbaycanda Rus dilli ədəbiyyata çox böyuk maraq mövcuddur. Cavan nəsildən ibarət oxuyucular şeirləri və hekayələri oxuyub, mənə söyləyirlər ki, "Bu şeirlərdə və hekayələrdə sanki özümü gördüm" və bu məni çox sevindirir və bir cavan yazar kimi məni dahada həvəsləndirib və stimul verir.

 

· Gələcəkdə hansı planlarınız var?

 

· Qeyd etdiyim kimi, uşaqlıqdan incəsənətə çox boyük maraq göstərirəm. Kino və teatrı çox sevdiyimdən, hal-hazırda bədii film üçün ssenari üzərində işləyirəm. Ən boyük arzum ssenarimi ölkəmizin hüdudlarından uzaqlarda, xarici kino şirkətlərinə təqdim edərək, Azərbaycanımızın adını yüksəkliklərə qaldırıb onu tanıtdırmaqdır.

 

· Dünyada ən çox sevdiyiniz yazar kimdir?

 

· Desəm ki, bir və ya iki nəfərdir yalan olar. Ən çox sevdiyim yazarlardan biri Azərbaycanın görkəmli yazıçısı Çingız Abdullayevdir. Xarici yazarlardan isə Fransız yazıçıları Marc Levy və Thierry Cohenin əsərlərin çox bəyənirəm.

7NEWS.az






RƏYLƏR