'Gəncə 2016 Avropa Gənclər Paytaxtı' İctimai Birliyi Alxanlıdakı təxribatla bağlı müraciət ünvanlayıb

OXUNUB: 83 QHT
'Gəncə 2016 Avropa Gənclər Paytaxtı' İctimai Birliyi Alxanlıdakı təxribatla bağlı müraciət ünvanlayıb

"Gəncə 2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının ağır yaralanması ilə bağlı Avropa Parlamentinin üzvlərinə, Avropa Gənclər Paytaxtları şəbəkəsinə, Avropanın Gənclər Forumuna və nüfuzlu Avropa təşkilatlarına müraciət ünvanlayıb.

Müraciətdə Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətinin bir daha sübut etdiyi bildirilir və xahiş olunur ki müraciətin daha geniş dünya ictimaiyyətinə çatdırılmasında dəstəklərini əsirgəməsinlər.
 
İcmal.Az

RƏYLƏR