Gəncə-Bakı qatarı yolda qaldı - Qapılar bağlıdır, sərnişinlərin halı pisləşib (FOTO)

OXUNUB: 512 HADİSƏ

Gəncədən Bakıya doğru hərəkətdə olan sürət qatarı yolda qalıb.

 

Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

 

Qatarın bir saatdan artıq vaxt ərzində yolda qaldığı bildirilir.

 

Sürət qatarının hansı səbəbdən dayanması barədə sərnişinlərə məlumat verilməyib.

 

Qatar əməkdaşların baş verə biləcək təhlükəli vəziyyətə qarşı qapıları bağladığı bildirilir.

 

Bu barədə sosial şəbəkə istifadəçisi Xəyal Azəroğlu məlumat paylaşıb.

 

O bildirib ki, sərnişinlərdən bir neçəsinin halı pisləşib.

 

"Mənim ailəm də daxil olmaqla, qatarda xeyli sayda yaşlı insanlar var. Sərnişinlər evakuasiya edilmir, xeyli insanın vəziyyəti pisləşib”, - deyə, o qeyd edib.

 

FHN-dən bildiriblər ki, hadisə yerinə xilasedicilər yollayıblar. (Oxu.az)

 

 

RƏYLƏR