Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək

OXUNUB: 795 İQTİSADİYYAT

"Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik". 

İcmal.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Dövlət başçısı bildirib ki, yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq: "Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq".

İcmal.Az

RƏYLƏR