Gəncə sakini 3 yaşlı oğlu ilə birlikdə itkin düşüb

OXUNUB: 846 HADİSƏ

Sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İcmal.Az

RƏYLƏR