Ənənəyə sadiq olaraq açılış nitqini təbliğat –təşviqat qrupunun üzvü Sahib Əmiraslanov etdi, gənc namizədin təhsil və iş həyatı, bu günədək qazandığı uğurlardan bəhs etdi. Gəncəli olması və burada yaşaması onun Gəncəni və əhalinin əsas problemlərini bələd olmasını qeyd etdi. 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclis seçkilərində fəal olmağa və namizəd Müşfiq Cəfərovu dəstəkləməyə səsələdi.
Üzeyir Əliyevdə öz çıxışda Müşfiq Cəfərovun Gəncəni Milli Məclisdə layiqincə təmsil edəcəyinə inandığını bildirdi və bu yolda ona dəstək olduğunu vurğuladı.
Müşfiq Cəfərov çıxışında sakinlərə təşəkkürünü bildirdi, onların problem və təkliflərini çəkinmədən bildirmələrini söylədi və müvafiq qeydlər aparıldı. Təbliğat –təşviqat kampaniyası çərçivəsində müraciət olunan problemlərin bir çoxu artıq baxılma prosesində olduğunu və yaxın günlərdə həll olunacağını bildirdi.