Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin TƏFƏRRÜATLARI məlum oldu

OXUNUB: 679 AZƏRBAYCAN HADİSƏ
Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Hadisə Gəncə şəhəri, Təbriz küçəsi, "Xan Çinar" restoranının qarşısında baş verib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elgün Rövşən oğlu 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı E.Məmmədov bıçaqla Ə.Verdiyevi ürəyindən bıçaqlaıb. Bundan başqa, E.Məmmədov hadisə yerində mübahisəni sakitləşdirmək istəyən Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Əlmuraz Fuad oğlunu da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Ə.Verdiyev orada ölüb. Hadisə yerindən qaçan E.Məmmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.

RƏYLƏR