Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

OXUNUB: 525 HADİSƏ
Gəncədə 2 nəfər dəm qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Şəhər sakinləri, 1988-ci il təvəllüdlü Sərxan Cəfərov və 1990-cı il təvəllüdlü Jalə Abdullayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

RƏYLƏR