Gəncədə 44 yaşlı qadını xalası oğlu bıçaqladı

OXUNUB: 785 HADİSƏ

Gəncədə bıçaqlanma olub.

Şəhər sakini 1974-cü il təvəllüdlü Sevinc Xəlilova bədənin müxtəlif nahiyələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Məlumata görə, S. Xəlilova xalası oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /apa

İcmal.Az

RƏYLƏR