Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında biabırçılıq – RÜŞVƏT, ÖZBAŞINALIQ, KORRUPSİYA+ŞOK VİDEO

OXUNUB: 2866 Özəl HADİSƏ

Azərbaycanda həkim məsuliyyətsizliyi ucbatından onlarla insan dünyasını dəyişib və şikəst qalıb. Hadisələrdən bəziləri mətbuatda işıqlandırılsa da, məsuliyyətsizliyə yol verənlər cəzalandırılsa da, xəstəxanalardakı olayların ardı-arası kəsilmir.

Budəfəki şikayət yenə də Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası ilə bağlıdır. Redaksiyamıza video göndərən şikayətçi xəstəxanada bütün xidmətlərin yalnız rüşvət qarşılığında görüldüyünü iddia edir. Şikayətdə deyilir: "Gəncədə naməlum avtomobil şəhər sakinini vuraraq hadisə yerindən qaçıb. Yaralı şəxsi Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirirlər. Yaxınları olmadığına görə ölümcül yaralanan şəxsə laqeyidlik nümayiş etdirilir və halı daha da pisləşdirilir. Yaxınlarına xəstəxanaya gəldikdən sonra isə əsl biabırçılıq başlayır. Hər addımda 2 manatdan 20 manatdək rüşvət istəyən tibb bacıları xəstənin yaxınları soymaqla məşğuldurlar.

Məlumat üçün qeyd edək ki, bu günlərdə Azərbaycan prezidentiİlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdu. Ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir.

Ölkə rəhbərliyinin səhiyyə üçün yaratdığı imkanları öz şəxsi maraqlarına xərcləyən bu xəstəxanada bundan öncə də biabırçı hal yaşanmışdı. Belə ki, həkim məsuliyyətsizliyi ilə aprel döyüşlərində şəhid olan İnqilab Quliyevin bacısı Filyar Usubova qarşılaşmışdı. Zərərçəkənin verdiyi məlumata görə, yanvarın 15-də doğuş üçün üz tutduğu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkim ciftlə birlikdə onun bağırsaqlarını da kəsib: "Həmin gün xəstəxanada 53 nəfər əməliyyat etdirirdi. Mənim doğuşum da təbii yolla, heç bir problemsiz başa çatdı. Amma əməliyyatdan sonra bir anlıq kəskin ağrı hiss etdim və qışqırmağa başladım. Həkim müayinəsindən sonra məlum oldu ki, doğuşdan sonra cift gec düşüb, əməliyyatı həyata keçirən Səkinə Cənnətova digər əməliyyatlara gecikməmək üçün ciftin düşməyini gözləməyib. Qarnımdan bərk basdığı üçün bütün bağırsaqlarım çölə çıxıb və həkim ciftlə bərabər mənim bağırsağımı da kəsib”. F. Usubova deyir ki, həkim doğuş prosesindən sonra baş verənləri heç kimə deməyib və problemi özü aradan qaldırmaq istəyib: "O, heç kimə demədən bağırsağımın kəsilən hissəsinə tikiş qoyub. Kəsdikdən sonra tikiş qoyduğu üçün sağolsun, amma gərək, etdiyini bizə deyərdi ki, ailəm ona uyğun müalicə etdirərdi. Tikiş qoyub gizlətdiyi üçün mənim vəziyyətim daha da ağırlaşıb”.

Videonu təqdim edirik:

RƏYLƏR