Gəncədə ağır qəza: piyada öldü

OXUNUB: 744 HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

İcmal.Az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 22-də saat 9 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Şahlar Qasımov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Xəzəngül Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Faktla bağlı Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

 

 

İcmal.Az

RƏYLƏR