Gəncədə avtomobil 2 piyadanı vurdu

OXUNUB: 696 HADİSƏ

Gəncədə iki piyadanı avtomobil vurub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı piyadalardan biri hadisə yerində ölüb. Digər şəxs, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR