Gəncədə çalışan həkimdən TƏBİB-ə ÇAĞIRIŞ: İstəyirsiz tam məhv olaq?

OXUNUB: 1358 Səhiyyə HADİSƏ
Sosial şəbəkədə TƏBİB-ə Gəncədən həkim müraciət edib.

 

365.az xəbər verir ki, Gəncədə çalışan Bayram Pərdəşünas adlı həkim öz Facebook hesabından TƏBİB-ə müraciət edib. Müraciətdə deyilir:

TƏBİB bizə kömək elə. Gəncə Təcili Yardım stansiyasında çağırışçı həkim çatışmır. Üç həkimimiz həlak olub. Bir neçəsi yoluxub. Bizə gənc həkimlər göndərin. Onların müqaviməti yüksəkdir. Həyatı təhlükəsi yoxdur. Bizlər 55 yaşdan yuxarı olanblarıq. Bu yükə dözə bilmirik. Niyə maraqlanmırsıznız? İstəyirsiz tam məhv olaq?
 

Heç kimə sirr deyil ki, son həftələr Azərbyacanda Covid-19 virusuna yoluxma sayı artıb. Həmçinin ölüm sayı da artıb. Artıq bu virusdan həyatını itirənlər arasında cavan insanlar da var. Təbii ki, həkimlər ən çox riskdə olan qrupdur.   
 
 
 

RƏYLƏR