Gəncədə "Delux" otelində bədəxt hadisə baş verib

OXUNUB: 605 GÜNDƏM HADİSƏ

Gəncədə "Delux" otelində bədəxt hadisə baş verib.


BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə nəticəsində 2016-cı il təvəllüdlü Əli Mehralıyev və onun əmisi 1979-cu il təvəllüdlü Aydın Mehralıyev otelin 3 cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.


Yaralılar Gəncə şəhər Mərkəzi Klinika Xəstəxanasına çatdırılıb.


Azyaşlının vəziyyəti qismən yaxşı olsa da A.Mehraliyevin vəziyyəti ağır qiymətləndirilir. 40 yaşlı şəxsin baş nahiyəsindən ağır xəsarət aldığı deyilir.


İlkin məlumatlara görə, uşaq ehtiyatsızlıqdan otelin balkonundan yıxılıb. Bu zaman onu xilas etmək istəyən A.Mehralıyev də onunla birgə yıxılıb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

 

 

İcmal.Az

RƏYLƏR