Gəncədə ər həyat yoldaşını qətlə yetirdi

OXUNUB: 457 Özəl GÜNDƏM HADİSƏ

Gəncə şəhər prokurorluğundan 7NEWS.az-a daxil olan məlumata görə iyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovaya bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən aparıldığı xəstəxanada ölmüşdür.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR