Gəncədə ər və arvad yol qəzasında xəsarət aldı

OXUNUB: 417 HADİSƏ
Gəncə şəhərində yol qəzasında bir ailənin iki üzvü xəsarət alıb.7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. "Nissan Tida" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.Qəza zamanı "Nissan" markalı avtomobil də olan 1980-ci il təvəllüdlü Abdullayev Rövşən Daşdəmir oğlu və onun həyat yoldaşı Abdullayeva Ülfət Fərman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.İlkin məlumata görə R.Abdullayevin vəziyyəti ağırdır.Faktla bağlı araşdırma başlanılıb.

RƏYLƏR