Gəncədə gözəllik salonunun qapısını sındırdılar

OXUNUB: 629 HADİSƏ
Gəncədə oğurluq hadisəsi baş verib.

İcmal.Az  lent.az-a istinadən bildirir ki, şəhərin Kəpəz rayonunda naməlum şəxs və ya şəxslər gecə saatlarında Heydər Əliyev prospektində yerləşən və Abdullayeva Telli Bayram qızına məxsus olan gözəllik salonundan oğurluq edib. Qapını sındırmaq yolu ilə salona daxil olan şəxslər oradan 100 manat pul oğurlayıb.

Araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR