Gəncədə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

OXUNUB: 499 HADİSƏ
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayl Xətai prospektində, Dayirman dairəsi adlanan ərazidə qeydə alınıb. Belə ki, "VAZ 21015” markalı minik maşını ilə "VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib. Onların kimliyi dəqiqləşdilir. Hadisə yerinə yol polisin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


RƏYLƏR