Gəncədə kütləvi dava

OXUNUB: 726 HADİSƏ

Gəncədə kafedə kütləvi dava olub. 

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

İnsident nəticəsində Gəncə sakini,  1982-cü il təvəllüdlü Kərimov Münasib Rasim oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, M.Kərimov qəsəbədəki kafelərin birində kütləvi dava zamanı döyülüb. Ona həmçinin bıçaq xəsarəti yetirildiyi bildirilir.  Dava zamanı M.Kərimovun əmisi oğlu yüngül xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

İcmal.Az

RƏYLƏR