Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 28 yaşlı Kərim Məmmədov mart ayının 22 və 23-də şəhər ərazisində vətəndaşlara məxsus iki fərdi yaşayış evindən ümumilikdə 5590 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlayıb. K. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
09.04.2024, 11:21 / Özəl, HADİSƏ -
Binəqədi icra başçısının icazəsi ilə qanunsuz obyekt tikilir? - FOTOLAR
08.04.2024, 12:36 / HADİSƏ -
Azərbaycanlı milyarderin başı dərddə: Şirkət vəzifəlisi həbs olundu
05.04.2024, 11:07 / HADİSƏ -
Hacı Salayev villasına 158 minlik lift istədi - Başına iş açdı
04.04.2024, 17:54 / HADİSƏ, İQTİSADİYYAT -
Fərhad Qəribovun bankı oğlunun şirkətini məhkəməyə verib?
04.04.2024, 17:52 / HADİSƏ -
HƏBSDƏN QORXMAYAN BAŞÇILAR: Yenidir görəvdə amma... - İLGİNC GƏLİŞMƏ...
03.04.2024, 13:01 / HADİSƏ -
Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir - Ailəsi yenidən məhkəməyə üz tutdu
01.04.2024, 17:21 / HADİSƏ