Gəncədə qadın özünü qatarın altına atıb

OXUNUB: 957 HADİSƏ

Gəncə şəhərində təqribən 60-65 yaşlı qadın özünü yük qatarın altına ataraq intihar edib.

İcmal.Az "Report”a istinadən xəbər verir ki, bu barədə Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən məlumat verilib. Hadisə axşam saatlarında Poçt qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində baş verib.

Belə ki, hələlik kimliyi məlum olmayan 60-65 yaşlı qadın özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar edib. Onun kimliyi və intihar etmə səbəbləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində qadının meyiti tanınmaz halda düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün deyil. Hazırda araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR