Gəncədə sürücü azyaşlı uşağı vuraraq hadisə yerindən qaçıb

OXUNUB: 734 HADİSƏ

Gəncə şəhərində 7 yaşlı piyadanı avtomobil vurub.

Hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolunda baş verib.

Yolu keçmək istəyən Gəncə sakini, 2010-cu il təvəllüdlü, Bədəlli Ülvi Novruz oğlunu avtomobil vurub. Onun hansı avtomobil tərəfindən vurulması hələlik məlum deyil.

Ü.Bədəllini yaxınlıqdan keçən başqa bir avtomobilin sürücüsü Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına aparıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR