Gəncədə yağan qar yollardan təmizlənir-FOTO

OXUNUB: 404 SOSİAL
Gəncədə fevralın 24-dən yağan qar yollardan təmizlənir.
Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin canlı qüvvəsi və texnikası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir.
MKTİB-nin rəis müavini Elşad Əsgərov 7NEWS.az-ın  bölgə müxbirinə bildirib ki, yağan qar ciddi fəsadlar törədməyib O, qeyd edib ki, şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. "Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar, ərazidən daşınır"-deyə Elşad Əsgərov əlavə edib.
Qeyd edək ki, hazırda işlər davam etdirilir.
 




RƏYLƏR