Gəncədə yolu keçən üç qadını maşın vurub

OXUNUB: 619 AZƏRBAYCAN HADİSƏ
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Xətai prospektində qeydə alınıb. "Mercedes” markalı maşın yolu keçmək istəyən piyadalar – 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızını vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR