Gəncədən İslam oyunları ilə bağlı sürpriz - 6 min gənc iştirak etdi

OXUNUB: 1031 İDMAN

"IV İslam Həmrəyliyi Oyunları" ərəfəsində Gəncədə təşkil olunan möhtəşəm fləşmob 6 min gəncin iştirakı ilə keçirilib.

İcmal.Az -a daxil olan məlumata görə, Gəncənin gəncləri şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq idman bayramının sevincini yaşayıblar. Canlı loqonu yaratmaqla sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini dünyaya nümayiş etdiriblər.

Canı loqonun yaradılmasını şəhər ictimayyətinin nümayəndələri və şəhər sakinləri izləyib. Fləşmob 6 min gəncin iştirakı ilə keçirilib.

Gəncədə bundan əvvəl 2014-cü ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin canlı portreti, 2015-ci ildə "Bakı-2015" birinci Avropa Oyunlarının canlı loqosu yaradılıb. Ötən il isə "Gəncə - 2016 Avropa Gənclər Paytaxtı"nın loqosu canlandırılıb.

Qeyd edək ki, nümayiş olunan canlı loqonun təşkilatçısı "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyidir


 

İcmal.Az

RƏYLƏR