Gənclər Fondu qazandığı mükafatı Cocuq Mərcanlıda uşaqlar üçün oyun meydançasının salınmasına ayıracaqdır

OXUNUB: 685 index-manşet SOSİAL
Gənclər Fondu qazandığı mükafatı Cocuq Mərcanlıda uşaqlar üçün oyun meydançasının salınmasına ayıracaqdır
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatınınİnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş"Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiqgörülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru FərhadHacıyev "2 Fevral – Gənclər Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidentiyanında Gənclər Fondunun hesabat konfransında bildirmişdir ki, Fond qazandığı mükafatı(25.000$) Cocuq Mərcanlıda uşaqlar üçün oyun meydançasının salınmasına ayıracaqdır. Azərbaycan Respublikasının Prezidenti yanıda Gənclər Fondu cənab Prezident İlham Əliyevinşəxsi təşəbbüsü ilə yaradılmışdır. Gənclər Fondunun yaradılmasında məqsəd, əsası Ulu ÖndərHeydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda isə cənab Prezident İlham Əliyev tərəfindənuğurla həyata keçirilən dövlət gənclər siyasətinin icrasıdır
 
İcmal.Az

RƏYLƏR