Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - FOTOLAR

OXUNUB: 124 QHT

7NEWS.az xəbər verir ki, Türkiyə Cuhuriyyətinin Gənclər və İdman Nazirliyinin dəvəti əsasında Azərbaycan Respublikasının Gənclər Fondununun icraçı direktoru Fərid Cəfərov, Gənclər Fondunun və Prezident Administrasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti həmin ölkəyə səfər etmişdir. Səfərin məqsədi Türkiyə Cumhuriyyətinin gənclər siayasəti sahəsində son dövrlərdə əldə etdiyi uğurlarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək idi.

Gənclər və İdman Nazirliyində keçirilmiş görüşlərdə Türkiyədə gənclər siyasətinin əsaslarını təşkil edən gənclərin asudə vaxtının istifadəsi, onların hərtərəfli inkişafının dəstəklənməsi, gənclərin təşəbbüslərinin maliyyələşdirilməsi, gənclər mərkəzlərinin fəaliyyəti, tələbələrin yataqxana təminatı və digər istiqamətlər barədə təqdimatlar keçirilmişdir. Gənclərlə iş sahəsində çalışan dövlət qurumlarının qarşılıqlı fəaliyyəti və bu sahədə qüvvədə olan qanunvericilik barədə məlumat verilmişdir.

Səfər çərçivəsində, həmçinin Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər bölməsinin rəhbəri, millət vəkili Ahmet Büyükgümüş və Xaricdəki Türklər və Qohum Millətlər İdarəsinin rəhbəri Abdullah Eren ilə görüşlər keçirilmiş, eləcə də Kırşehir Ahi Evren gənclər düşərgəsinə və Ankarada yerləşən Batıkent Gənclər Mərkəzi ziyarət edilmişdir.

Görüşlərin nəticəsi olaraq, Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyət istiqamətinə uyğun olaraq, gənclərin asudə vaxtının səmərəli təşkili, xaricdə təhsil, tələbələrin yataqxana təminatı, iki ölkə arasında gənclər mübadiləsi, ortaq tarixi və mədəni günlərlə əlaqədar tədbirlərin təşkili və digər sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəlinmişdir.



RƏYLƏR