Gənclər “Nifrəti sayğıya çevirək” dedilər

OXUNUB: 551 SOSİAL

Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə İstedadlı və Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi tərəfindən "Nifrəti sayğıya çevirək” layihəsi həyata keçirilmişdir. 2018-ci ilin yanvar, fevral və mart ayları boyunca İsmayıllı və Gəbələ rayonlarda baş tutmuş layihədən birbaşa olarq 30 nəfər gənc faydalanmışdır.

Layihənin əsas məqsədi Avropa Şurasının "Nifrət Nitqinə Yox Hərəkatı” beynəlxalq kampaniyası barədə Gəbələ, İsmayıllı və ətraf bölgələrdən olan gəncləri məlumatlandırmaq, həmçinin region gənclərinə ictimai davranış, ünsiyyət qaydalarını, ətraf aləmə tolerantlıq hissini aşılamaqla, cəmiyyətə, insanlığa daha da duyarlı və diqqətli olmağa təşviq etməkdir.

Layihə iki hissədən ibarət olmuşdur. İlk hissədə bir sıra yerli və beynəlxalq layihələrdə təlimçi qismində uğurla iştirak etmiş Seymur Səfərəliyev gənclərlə qeyd olunmuş mövzularda məlumat vermişdir Təlimlərin sonunda iştirakçılar işçi qruplara bölünərək müxtəlif mövzularda müzakirələr aparmış, oyunlar oynamışlar.

         Layihə gənclərin şəxsi təşəbbüsü ilə hazırlanmış və səhnələndirilmiş flashmobla yekunlaşdı.  

 

İcmal.Az
 

RƏYLƏR