Gənclər təşkilatının “Xocalı Soyqırımı” ilə bağlı Twitter aksiyası trend oldu

OXUNUB: 578 SİYASƏT
Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş 3 gün davam edən aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara Xocalı Soyqırımı ilə bağlı həqiqətləri çatdırmaq və bu faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Beş dildə aparılan aksiya zamanı əvvəlcədən müəyyən edilən cədvələ uyğun olaraq, gənclər internet vasitəsilə Xocalı Soyqırımına  dair məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, məşhur internet səhifələrə, xarici qəzet və jurnallara göndərilmişdir. Aksiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız və türk dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunmuşdur.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada "Hashtagify”, "Hashtracking”, "Tweetchip” və "Tweet Binder” metrikslərinin göstəricilərinə görə ümumilikdə təşkilat tərəfindən yaradılan #khojalygenocide26   tviti 16590 dəfə paylaşılıb.
İcmal.Az
 

 


RƏYLƏR